DÜNYA


Türkiyə sərmayə qoyuluşu və iqtisadi inkişaf sahələrində sürətlə irəliləyir

Ankara, 18 noyabr, AZƏRTAC

TOBB-un (Türkiyə Odalar və Borsalar Birliyi) Türkiyə İqtisadi Şurası işə başlayıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan şuranın işində videoformatda iştirak edib.

AZƏRTAC xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan çıxışında Türkiyədə həyata keçirilən islahatlara geniş yer ayırıb. İqtisadi müstəqilliyin qorunmasının vacibliyi və bu istiqamətdə həyata keçirilən çoxistiqamətli tədbirlər barədə fikirlərini bölüşən dövlət başçısı əminliklə bildirib ki, mövcud çətinliklər gələn il arxada qalacaq.

Təzyiqlərə baxmayaraq, sərmayə və iqtisadiyyat mühitində inkişafın davam etdiyini diqqətə çatdıran Prezident Rəcəb Tayyib Ərdoğan deyib ki, aparılan geniş islahatlar sayəsində yeni müəssisələrin yaradılması üçün şərtlərin yumşaldılmasına görə Türkiyə 27 pillə irəliləyərək 190 ölkə arasında 33-cü yerə yüksəlib.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.