İQTİSADİYYAT


Türkiyə şirkəti Azərbaycanda daha bir pambıqtəmizləmə zavodunu yaxın vaxtlarda istifadəyə verməyə hazırlaşır VİDEO

Kahramanmaraş, 2 avqust, AZƏRTAC

Türkiyənin Kahramanmaraş şəhərində yerləşən “Do Cotton Group” şirkəti Azərbaycanda daha bir pambıqtəmizləmə zavodunu yaxın zamanlarda istifadəyə verməyə hazırlaşır.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov avqustun 2-də Kahramanmaraşda “Do Cotton Group” şirkətində olaraq buradakı istehsal prosesinin vəziyyəti ilə tanış olub.

Ağcabədi rayonunda tikilən zavodda qurulması nəzərdə tutulan texnologiya və avadanlıqlar barədə Azərbaycanın səfirinə məlumat verilib. Bildirilib ki, istehsal prosesi qrafikə uyğun aparılır və heç bir ləngimə yoxdur.

“Do Cotton Group” şirkətinin rəhbəri Mehmət Doğan məlumat verib ki, tam şəkildə Türkiyə istehsalı olan texnologiya və avadanlıqlar bu ilin pambıq yığımı mövsümünə qədər təyinat məntəqəsində quraşdırılacaq. İstehsal olunan texnologiya və avadanlıqlar bir sıra keyfiyyət göstəricilərinə malikdir.

 
Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Kahramanmaraş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.