İQTİSADİYYAT


Türkiyə şirkəti “Khazar İslands”ın reklam və marketinq məsələləri ilə məşğul olacaqdır

Bakı, 11 dekabr (AZƏRTAC). Azərbaycanın “Avesta” konserni və Türkiyənin “İhlas Holding” arasında Xəzərin Azərbaycan sektorunda həyata keçirilən “Khazar İslands” (“Dənizdə şəhər”) layihəsi çərçivəsində əməkdaşlığa dair ilkin razılaşma əldə olunmuşdur. 

AZƏRTAC xəbər verir ki, tərəflər arasında əldə olunmuş razılaşmaya əsasən, “İhlas Holding” “Khazar İslands”ın reklam, marketinq, inşaat və satış məsələləri ilə məşğul olacaqdır. Yaxın zamanda isə bu istiqamətdə müvafiq sənəd imzalanacaqdır.

Bundan əlavə, Türkiyə şirkətinin bu möhtəşəm layihəyə investisiya yatırması da müzakirə edilmişdir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.