DÜNYA
Türkiyə şirkətinin Tallinn limanındakı tankeri üzərinə qoyulmuş həbs tədbiri götürülüb
Tallinn, 2 noyabr, AZƏRTAC
Türkiyənin “Palmali” şirkətinə məxsus “Bozdağ” tankeri bir ildən artıq Tallinn limanında saxlanılandan sonra limanın əsas kreditoru tanker üzərinə qoyulmuş həbs tədbirini götürüb. Tankerin rusiyalı heyəti qazandığı pulları alaraq vətənə qayıdacağına ümid edir.
Heyət üzvləri söyləyiblər ki, “Palmali” şirkəti yazda həmin tankeri “Qazprom-neft” şirkətinə satmağa hazırlaşırdı. Bunun əvəzinə “Bozdağ” uzun müddət Tallinn limanında boş dayanıb. Gəmi sahibi tankerin komandasını adambaşına gündə 7 avroluq yeməklə təmin edib.
AZƏRTAC xəbər verir ki, tankerin heyəti 18 nəfərdən ibarətdir. Lakin hazırda gəmidə cəmi 5 nəfər qalıb. Onların vəzifəsi gəmini işlək vəziyyətdə saxlamaqdır.
Rusiyanın Estoniyadakı səfirliyindən verilən məlumata görə, vəziyyəti diqqətlə izləyən diplomatlar dənizçilərin vətənə qayıtmasına kömək etməyə hazırdırlar.
Səfərlikdə, həmçinin vurğulayıblar ki, “Palmali” şirkətinin rəhbərliyi hələ oktyabrın əvvəlində diplomatları əmin edirdi ki, tanker və onun heyəti ilə bağlı problem tezliklə həll olunacaq.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Tallinn
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [21:08]
ABŞ-ın Ukraynaya yeni hərbi yardım paketinin dəyəri bir milyard dollardır
- 24.04.2024 [20:27]
ABŞ Prezidenti Ukraynaya hərbi yardım haqqında qanunu imzalayıb
- 24.04.2024 [17:50]
İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib
- 24.04.2024 [16:26]
Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir
- 24.04.2024 [16:18]
Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb
- 24.04.2024 [16:02]
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
- 24.04.2024 [14:57]
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
- 24.04.2024 [14:48]