DÜNYA


Türkiyə terrorla mübarizəni bundan sonra da davam etdirəcək

İstanbul, 31 iyul, AZƏRTAC 

Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Türkiyə Milli Təhlükəsizlik Şurasının (MGK) yeni idarəçilik sistemində keçirilən ilk iclasında, terrorla mübarizə, regional təhlükəsizlik və beynəlxalq münasibətlər məsələləri müzakirə olunub.

AZƏRTAC-ın məlumatına görə, iclasda qeyd edilib ki, Türkiyə FETÖ/PDY, PKK/PYD-YPG və İŞİD başda olmaqla terrorçu təşkilatların tam zərərsizləşdirilməsində israrlıdır. O cümlədən Türkiyə Suriyada sülhə nail olmaq üçün fəaliyyətini davam etdirəcək. Bildirilib ki, Egey və Aralıq dənizlərinin qərbindəki prosesləri yaxından təqib edən Türkiyə bu hövzələrdəki hüquq və mənafelərini qorumaqda qərarlıdır. Eləcə də, bütün məsələlər üzrə xarici təhdidləri yolverilməz hesab olunur.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.