ELM VƏ TƏHSİL


Türkiyə universitetləri ilə əməkdaşlıq Azərbaycanın inklüziv inkişafı barədə elmi ictimaiyyəti məlumatlandırmağa geniş imkanlar yaradır VİDEO

Ankara, 20 aprel, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (DİA) Türkiyənin nüfuzlu ali məktəbləri ilə əməkdaşlığa xüsusi diqqət yetirir. Ankara Sosial Elmlər Universiteti ilə münasibətlərimiz dinamik inkişafdadır. Məhz bu əlaqələr sayəsində Azərbaycanın inklüziv inkişafı barədə Türkiyənin elmi ictimaiyyətinə ətraflı məlumat çatdıra bilirik.

Bunu AZƏRTAC–a açıqlamasında DİA-nın rektoru, akademik Urxan Ələkbərov deyib.

U.Ələkbərov bildirib ki, 2018-ci il Davos Forumunun hesabatında inklüziv inkişaf indeksinə görə Azərbaycan keçid iqtisadiyyatına malik ölkələr arasında 3-cü yerdə qərarlaşaraq, iqtisadi imkanları daha yüksək olan Avropa İttifaqı ölkələrinin çoxunu geridə qoyub. Eyni zamanda, inklüziv inkişafın idarə edilməsinə, yəni resurslardan səmərəli istifadəyə görə Azərbaycan dünyada birinci yerdədir. Bu, Prezident İlham Əliyevin tətbiq etdiyi yeni idarəçilik texnologiyalarının nəticəsidir.

Qeyd edək ki, U.Ələkbərov Ankara Sosial Elmlər Universitetində təşkil olunan elmi seminarda “Davamlı inklüziv inkişaf məqsədlərinin təmini üçün yeni idarəetmə texnologiyaları: Azərbaycanın təcrübəsi” mövzusunda məruzə ilə çıxış edib. Bundan başqa, Ankarada DİA ilə Türkiyənin Xaricdəki Türklər və Əqrəba İcmaları İdarəsi arasında əməkdaşlıq protokolu imzalanıb.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.