DÜNYA


Türkiyə və ABŞ prezidentləri Parisdə görüşüblər

Bakı, 11 noyabr, AZƏRTAC

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Parisdə ABŞ lideri Donald Tramp ilə görüşüb.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, görüş Birinci Dünya müharibəsinin başa çatmasının 100 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün Parisə gəlmiş dünya liderlərinin şərəfinə Fransa Prezidenti Emmanuel Makron tərəfindən verilən ziyafətdə baş tutub.

Axşam yeməyi zamanı yan-yana oturan Rəcəb Tayyib Ərdoğan və Donald Tramp bir müddət söhbət ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.