DÜNYA


Türkiyə və ABŞ prezidentləri arasında telefon danışığı olub

İstanbul, 23 may, AZƏRTAC

Mayın 23-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub.

AZƏRTAC Türkiyə Prezident Administrasiyasına istinadla xəbər verir ki, telefon danışığı zamanı ikitərəfli məsələlərlə yanaşı, dünyada sürətlə yayılan yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə yolları, regional inkişaf, xüsusən Liviya və Suriyadakı vəziyyət müzakirə edilib. Hər iki xalqın koronavirusla mübarizədə həmrəy olduğu bildirilib.

İki lider bölgədə sülh və sabitliyin bərqərar olması üçün sıx siyasi və hərbi əməkdaşlığı davam etdirmək barədə razılığa gəliblər.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.