ELM VƏ TƏHSİL


Türkiyə və Almaniya universitetləri ilə əməkdaşlığın nəticələri müzakirə edilib

Bakı, 16 may, AZƏRTAC

Azərbaycan Texniki Universitetinin (AzTU) Elmi şurasının növbəti iclası ənənədən kənar olaraq Nabranda təşkil edilib.

AzTU-dan AZƏRTAC-a bildirilib ki, iclasda iştirak edə bilməyən şura üzvləri müzakirələrə onlayn formada qoşulub.

İclasın gündəliyinə uyğun olaraq AzTU-nun Türkiyə və Almaniya universitetləri ilə əməkdaşlığının genişləndirilməsi istiqamətində görülən işlərin nəticələri müzakirə edilib.

Rektor Vilayət Vəliyev son aylarda Türkiyə və Almaniyaya etdiyi səfərlər barədə məlumat verib. Bildirib ki, Türkiyənin aparıcı universitetlərinin idarəetmə sistemi və tədrisin təşkili ilə bağlı təcrübəsi artıq AzTU-da tətbiq olunmağa başlayıb. Həmçinin texnoparkların və inkubasiya mərkəzlərinin qurulmasında Türkiyə universitetlərinin təcrübəsindən istifadə olunacağı diqqətə çatdırılıb.

Almaniya universitetləri ilə AzTU-nun əməkdaşlıq əlaqələrinə diqqət çəkən V.Vəliyev deyib ki, müxtəlif ixtisaslar üzrə imzalanan ikili diplom proqramları, həmçinin müasir laboratoriyaların yaradılması tədrisin keyfiyyətinin yüksəlməsində mühüm rol oynayacaq.

İclasda imtahan sessiyasına hazırlıq və cari məsələlərlə bağlı müzakirələr aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.