DÜNYA


Türkiyə və Amerika İŞİD, PKK və FETÖ ilə birgə mübarizə barədə razılığa gəlib

Bakı, 25 noyabr, AZƏRTAC

Türkiyə və ABŞ İŞİD, PKK və FETÖ ilə birgə mübarizə barədə razılığa gəlib.

AZƏRTAC xəbər verir ki, Türkiyə və ABŞ prezidentləri Rəcəb Tayyib Ərdoğan və Donald Tramp telefon danışığı zamanı bu qərara gəliblər. Bu barədə Reuters məlumat yayıb.

Bundan başqa, dövlət başçıları arasında Ankaranın Vaşinqtondan hərbi avadanlıq alması, Suriyada müharibənin sülh yolu ilə başa çatdırılması müzakirə olunub.

Qeyd edək ki, bir müddət əvvəl isə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Trampın Suriyadakı kürdlərə silah verilməsinin dayandırılacağına söz verdiyini bildirmişdi.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.