DÜNYA


Türkiyə və Ermənistanın xüsusi nümayəndələri Vyanada normallaşma prosesinə dair bəzi razılıqlara gəliblər

Ankara, 1 iyul, AZƏRTAC

Türkiyə ilə Ermənistan arasında normallaşma prosesi üzrə xüsusi nümayəndələr - rəsmi Ankaranın təmsilçisi səfir Serdar Kılıç və Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan iyulun 1-də Vyanada növbəti dəfə bir araya gəliblər.

AZƏRTAC xəbər verir ki, məlumatı Türkiyə Xarici İşlər Nazirliyi yayıb.

Bildirilib ki, xüsusi nümayəndələr Türkiyə ilə Ermənistan arasında gömrük-keçid məntəqəsinin iki ölkəni ziyarət edən üçüncü ölkə vətəndaşlarının keçidi üçün, eyni zamanda iki ölkə arasında aviasiya ilə yük ticarətinin mümkün olan ən qısa zamanda gerçəkləşməsinə dair razılığa gəliblər və bu məsələlər ilə bağlı tələb olunan proseslərin başlanmasına qərar veriblər.

Tərəflər, həmçinin son məqsəd olan iki ölkə arasında tam normallaşmaya nail olmaq üçün atıla biləcək digər mümkün konkret addımları müzakirə edərək və normallaşma prosesinin ilkin şərt olmadan davam etdirilməsi ilə bağlı razılıqlarını bir daha vurğulayıblar.

 

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.