DÜNYA


Türkiyə və Gürcüstan DİN-ləri terrorizmə qarşı birgə mübarizə aparacaqlar

Tbilisi, 23 mart, AZƏRTAC

Türkiyə Respublikası Daxili İşlər Nazirliyinin Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Departamentinin direktoru Mahmut Çorumlunun başçılıq etdiyi Milli Polisin nümayəndə heyəti Gürcüstanda səfərdədir.

Səfər çərçivəsində Türkiyə nümayəndə heyətinin üzvləri Gürcüstan Daxili İşlər Nazirliyində (DİN) görüşlər keçirib.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan DİN məlumat yayıb.

Bildirilib ki, səfər çərçivəsində Gürcüstan Daxili İşlər Nazirliyi və Türkiyə Respublikası Milli Polisi nümayəndələrinin birgə komissiyasının səkkizinci iclası keçirilib.

Tədbirdə hər iki ölkənin hüquq-mühafizə orqanları arasındakı mövcud əməkdaşlığın perspektivləri diqqət mərkəzində olub. Eyni zamanda, narkotik vasitələrin qanunsuz dövriyyəsi, terrorizm və mütəşəkkil cinayətkarlığın digər növlərinə qarşı birgə mübarizə məsələlərinə xüsusi diqqət yetirilib.

Sonda yekun protokol imzalanıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.