DÜNYA


Türkiyə və İsrail prezidentləri arasında telefon danışığı olub

Ankara, 13 iyul, AZƏRTAC

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə İsrail Dövlətinin Prezidenti İsxak Hersoq arasında telefon danışığı olub.

AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan telefon danışığında iki ölkə arasında enerji, turizm və texnologiyalar başda olmaqla bir sıra sahələrdə əməkdaşlıq üçün böyük potensial imkan olduğunu ifadə edib. Rəcəb Tayyib Ərdoğan bildirib ki, beynəlxalq ictimaiyyət Fələstin-İsrail ixtilafının BMT-nin qərarları çərçivəsində həll olunmasını gözləyir.

Türkiyə Prezidenti, həmçinin bildirib ki, Fələstin-İsrail münaqişəsinin həlli naminə atılacaq addımlar Türkiyə-İsrail əlaqələrinin müsbət məcrada səmt almasına da təsir göstərəcək.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.