Türkiyə və İsrail prezidentləri arasında telefon danışığı olub
AzerTAg.az
İstanbul, 19 iyun, AZƏRTAC
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə İsrail Prezidenti İsxak Hersoq arasında telefon danışığı olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb. Bildirilib ki, telefon danışığı zamanı ikitərəfli əlaqələr və bölgədə baş verən son hadisələr müzakirə olunub. Prezidentlər terrorizmə qarşı mübarizə və təhlükəsizliklə bağlı məsələlərdə dialoqda olmaq, eləcə də sülh və sabitlik naminə əməkdaşlığı davam etdirmək barədə həmrəy olduqlarını bildiriblər.
İsrail dövlətinin başçısı Türkiyənin terrorla mübarizə səylərinə görə Prezident Ərdoğana təşəkkürünü ifadə edib.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

Xəbərin mətnində orfoqrafik səhv var