DÜNYA


Türkiyə və Pakistan arasında hərbi əməkdaşlıq möhkəmlənir

Bakı, 20 aprel, AZƏRTAC

Türkiyə və Pakistan arasında müdafiə sahəsində əməkdaşlıq daha da inkişaf edəcək. AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, bu bəyanat Pakistanın Ravalpindi şəhərində keçirilmiş Pakistan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq Qrupunun üçgünlük iclasından sonra verilib.

Bəyanatda bildirilir ki, iclasda müdafiə sahəsində əməkdaşlığın inkişafı ilə yanaşı, təhlükəsizlik və terrorçuluğa qarşı mübarizə məsələləri də müzakirə edilib. Bununla yanaşı, Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı rəisinin müavini, general-leytenant Mətin Gurak pakistanlı həmkarları – Birgə Qərargah Komitəsinin rəisi Zubayir Mahmud Həyat və Baş Qərargah rəisi Nədim Raza ilə Əfqanıstan və Yaxın Şərqdəki vəziyyətə dair müzakirələr aparıb.

Tərəflər birgə hərbi təlimlərini keçirilməsi, hərbi texnikanın təkmilləşdirilməsi və qarşılıqlı səfərlərlə bağlı razılıq əldə ediblər.

Pakistan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq Qrupunun növbəti iclasının Ankarada keçirilməsi qərara alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.