CƏMİYYƏT


Türkiyə və Pakistanın parlament nümayəndə heyətləri Şuşada Yuxarı Gövhərağa məscidini ziyarət ediblər

Şuşa, 29 iyul, AZƏRTAC

Şuşada səfərdə olan Türkiyə və Pakistan parlamentlərinin nümayəndə heyətlərinin üzvləri iyulun 29-da Yuxarı Gövhərağa məscidində olublar.

AZƏRTAC xəbər verir ki, qonaqlara məscidin tarixi, işğal dövründə ermənilərin burada törətdiyi dağıntılar, eyni zamanda, Şuşanın azad edilməsindən sonra ibadət ocağında aparılan təmir-bərpa işləri barədə məlumat verilib.

Nümayəndə heyətlərinin üzvləri məsciddə namaz qılıb, dua ediblər.

Xatırladaq ki, parlamentarilər Şuşadan sonra Füzuliyə səfər edəcək, 30 ilə yaxın erməni işğalı altında qalan rayonda erməni vandalizminin izləri ilə tanış olacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.