DÜNYA


Türkiyə və Rusiya İran əleyhinə konfransda iştirak etməyəcəklər

Varşava, 13 fevral, AZƏRTAC 

Türkiyə XİN-in yüksək vəzifəli məmuru bildirib ki, onun ölkəsi Varşavada işə başlamış Yaxın Şərqdə təhlükəsizlik məsələlərinə həsr olunmuş konfransa öz nümayəndəsini göndərməyəcək.

AZƏRTAC xəbər verir ki, adı çəkilməyən məmur fevralın 12-də “Hurriyet Daily News”a bildirib: “Türkiyənin bir ölkənin əleyhinə yönəlmiş (indiki halda İran) siyasi görüşdə iştirakdan imtina etməsi şübhə altına alına bilməz”.

Bu qərarın Türkiyənin prinsiplərinə əsaslandığını vurğulayan məmur bildirib ki, onun ölkəsinin bu addımını Türkiyə hökumətinin ABŞ-ın başçılıq etdiyi təşəbbüsə qoşulmaq istəməsi kimi şərh etmək olar.

Varşava görüşündə Rusiya və Qətərin də iştirakı gözlənilmir. Üstəlik, Vaşinqtonun İran əleyhinə siyasətində həlledici rol oynayan Avropa İttifaqı ölkələri də görüşdə məhdud tərkibdə təmsil olunacaqlar.

ABŞ-ın dövlət katibi Mayk Pompeo ötən ay bildirib ki, görüşdə diqqət Yaxın Şərqdə sabitlik, sülh, azadlıq və təhlükəsizliyin təmin olunması məsələləri üzərində cəmləşdiriləcək.

 

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Varşava

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.