DÜNYA


Türkiyə və Rusiya aviasiya əlaqəsini bərpa etmək barədə razılığa gəlib

Bakı, 15 iyul, AZƏRTAC

Ankara və Moskva koronavirus infeksiyasının yayılması ilə mübarizə çərçivəsində dayandırılan aviasiya əlaqəsini bərpa etmək barədə razılığa gəlib.

AZƏRTAC xəbər verir ki, Anadolu informasiya agentliyi uçuşların iyulun 15-də başlayacağı barədə məlumat yaysa da, Türkiyə Nəqliyyat Nazirliyi reyslərin dəqiq bərpa tarixini açıqlamayıb.

“Təyyarələrin nə vaxt uçacağı məlum deyil. Bu barədə aviasiya daşıyıcıları öz aralarında razılaşır”, - deyə nazirlikdən bildiriblər.

“Turkish Airlines” aviakompaniyası isə öz növbəsində iyulun 15-də ölkələr arasında aviasiya reyslərinin nəzərdə tutulmadığını qeyd edib. Aviakompaniyanın məlumatına görə, onlar nazirliyin qərarını gözləyirlər, uçuşlar təqvim və reyslərin sayı müəyyən olunduqdan sonra başlayacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.