DÜNYA


Türkiyə və Rusiya prezidentləri arasında telefon danışığı olub

Ankara, 28 fevral, AZƏRTAC

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

AZƏRTAC Türkiyənin TRT HABER kanalına istinadla xəbər verir ki, dövlət başçılarının Suriyanın İdlib bölgəsindəki böhran vəziyyətini müzakirə etdikləri bildirilir.

Bu barədə məlumat verən Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Fəxrəddin Altun bildirib ki, iki liderin ən qısa zamanda görüşməsi qərara alınıb.

Məlumata görə, hazırda Ankarada səfərdə olan Rusiya heyəti ilə Türkiyə tərəfinin növbəti görüşü bu gün yerli vaxtla saat 16.00-da keçiriləcək.

Xatırladaq ki, Türkiyə Silahlı Qüvvələrinin Suriyada antiterror əməliyyatı keçirən hərbi birlikləri fevralın 27-də İdlib bölgəsində çox sayda şəhid verib, yaralılar var.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.