SİYASƏT


Türkiyə və Rusiyanın Müdafiə nazirləri Ermənistanın Azərbaycana hücumlarını müzakirə ediblər

Ankara, 12 oktyabr, AZƏRTAC

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar ilə Rusiya Müdafiə naziri Sergey Şoyqu arasında telefon danışığı olub.

AZƏRTAC xəbər verir ki, məlumatı Türkiyə Milli Müdafiə Nazirliyi yayıb.

Bildirilib ki, nazirlər Ermənistanın Azərbaycana hücumları, İdlib və Liviya problemləri başda olmaqla müdafiə və təhlükəsizlik məsələləri ətrafında müzakirə aparıblar.

Nazir Hulusi Akar atəşkəsi pozaraq mülki yaşayış yerlərinə hücum edən Ermənistanın təxribatları dayandırmasının və işğal etdiyi torpaqlardan çəkilməsinin vacibliyi, Azərbaycanın həll üçün daha 30 il gözləməyəcəyini, Türkiyənin torpaqlarını geri qaytarmaq üçün başladığı əməliyyatlarda Azərbaycanın yanında olduğunu ifadə edib.

Bundan başqa, nazir Hulusi Akar Türkiyənin İdlibdə sülh və sabitliyin bərqərar olunması üçün 2020-ci il 5 mart tarixli anlaşma çərçivəsində öhdəliklərini yerinə yetirdiyini, mülki əhalinin könüllü və təhlükəsiz şəkildə evlərinə dönməsi üçün əlindən gələni əsirgəmədiyini bildirib. Türkiyə ilə Liviya arasında 500 illik tarixi dostluq və qardaşlıq əlaqələrinin mövcud olduğunu deyən Müdafiə naziri rəsmi Ankaranın bu bölgəyə sülhün bərqərar olması üçün səylə çalışdığını və BMT Təhlükəsizlik Şurasının qərarları çərçivəsində azad, müstəqil və suveren Liviyanı dəstəklədiyini bildirib.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.