DÜNYA


Türkiyə və Ukrayna dövlət başçıları İstanbuldakı görüşün nəticələrini müzakirə ediblər

Türkiyə və Ukrayna dövlət başçıları İstanbuldakı görüşün nəticələrini müzakirə ediblər

İstanbul, 31 mart, AZƏRTAC

Martın 31-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsindən bildirilib.

Danışıq zamanı Rəcəb Tayyib Ərdoğan Volodimir Zelenski ilə Rusiya Prezidenti Vladimir Putini bir araya gətirmək və bu görüşə Türkiyə olaraq ev sahibliyi etmək təklifini təkrarlayıb.

Türkiyə Prezidenti İstanbuldakı görüşün nəticələrinin müharibənin dayandırılması və sülhün bərqərar olması istiqamətində həyata keçirilən prosesə mənalı təkan verdiyini qeyd edib.

Volodimir Zelenski öz növbəsində Ukrayna və Rusiya nümayəndə heyətlərinin İstanbulda keçirilən görüşünə ev sahibliyi etdiyi üçün Rəcəb Tayyib Ərdoğana təşəkkürünü bildirib.

 
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.