SİYASƏT


Türkiyə və Ukrayna prezidentlərinin birgə mətbuat konfransı keçirilib

İstanbul, 17 oktyabr, AZƏRTAC

Türkiyədə rəsmi səfərdə olan Ukrayna dövlətinin başçısı Vladimir Zelenski ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan birgə mətbuat konfransı keçiriblər.

AZƏRTAC xəbər verir ki, tədbirdə səfər çərçivəsində keçirilən təkbətək və heyətlər arasında görüşlərin, eləcə də müdafiə sənayesi sahəsində hərbi əməkdaşlıqla bağlı imzalanan razılaşmanın Türkiyə-Ukrayna münasibətlərinə əhəmiyyətli töhfə verəcəyi bildirilib. Qeyd edilib ki, iki ölkə arasında müdafiə, tədris, turizm, iqtisadi və bir sıra digər sahələr üzrə fikir həmrəyliyi mövcuddur. Pandemiyaya baxmayaraq bu il 500 mindən artıq ukraynalı turistin Türkiyəni ziyarət etməsi iki ölkə arasında əməkdaşlığın göstəricisidir. Türkiyə ilə Ukrayna arasında ticarət həcminin 10 milyard dolaradək artırılması hədəflənir. Bu məqsədlə sərbəst ticarət əlaqələrinin genişləndirilməsində hər iki dövlət həmfikirdir.

Görüşlər zamanı, həmçinin cinayətkarların qarşılıqlı ekstradisiyası məslələri də müzakirə edilib.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.