ELM VƏ TƏHSİL


Türkiyə və Yaxın Şərq Dövlət İdarəçilik İnstitutu təqaüd proqramı elan edib

Bakı, 8 iyun, AZƏRTAC

Türkiyə və Yaxın Şərq Dövlət İdarəçilik İnstitutu 2018/2019-cu tədris ilində xarici ölkələrin dövlət qulluqçuları üçün təqaüd proqramı elan edib.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, təqaüd proqramı politologiya və dövlət idarəçiliyi ixtisasları üzrə həyata keçirilir. Tədris ingilis dilində aparılacaq.

Magistratura təhsil səviyyəsi üzrə aylıq təqaüd 850 türk lirəsi, doktorantura təhsil səviyyəsi üzrə aylıq təqaüd 1200 türk lirəsidir.

Maraqlananlar iyulun 17-dək müraciət edə bilərlər.

Ərizə forması və tələb olunan bütün digər sənədlər iyulun 17-dək [email protected] elektron poçt ünvanına göndərilməlidir.

Ətraflı məlumat üçün keçid: http://www.todaie.edu.tr/genel/bizden_detay_eng.php?kod=1908&tipi=67

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.