SİYASƏT


Türkiyə vətəndaşı: Səsvermə prosesi sabit, qanunauyğun şəkildə həyata keçirilir

Bakı, 17 iyun, AZƏRTAC

İlk dəfədir ki, Azərbaycanda Türkiyədə keçirilən prezident və parlament seçkiləri üçün səsvermədə iştirak edirəm. Bu əlamətdar hadisədir. Bu gün həyəcanlı, eyni zamanda da sevincli gündür.

AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində səsverməyə gələn Bakıda yaşayan Türkiyə vətəndaşı Dilek Özlem deyib.

D.Özlem bildirib ki, səsvermədə aktivlik müşahidə olunur. Səsvermə üçün yaxşı şərait yaradılıb və vətəndaşlar gəlib istədikləri namizədə səs versinlər. Səsvermə prosesi sabit, qanunauyğun şəkildə həyata keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.