DÜNYA


Türkiyə xəstəxanalarında tətbiq olunan PCR test tələbi ləğv olunub

İstanbul, 6 may, AZƏRTAC

Türkiyənin səhiyyə müəssisələrində COVID-19-a qarşı tətbiq olunan PCR test tələbi ləğv edilib.

AZƏRTAC xəbər verir ki, bununla bağlı Türkiyənin Səhiyyə Nazirliyi tərəfindən qəbul edilən yeni qərar ölkə xəstəxanalarına göndərilib. Rəsmi məktubda qərarın yoluxma sayı, peyvənd nisbəti, dərman istifadəsi kimi amillər nəzərə alınaraq qəbul edildiyi bildirilib.

Yeni qərar xəstəxanalara yerləşdirilmə, stasionar müalicə, gündəlik müayinə və əməliyyatlar olmaqla bütün tibbi prosedurları əhatə edir.

Qeyd edək ki, Türkiyənin Sosial Müdafiə Təşkilatı tərəfindən aprelin 21-dən etibarən ölkənin tibb müəssisələrində koronavirus xəstələrinin izolyasiya edilməsi dayandırılıb.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.