İDMAN


Türkiyə yığmasının millimizlə yoldaşlıq oyunları üçün heyəti açıqlanıb

Bakı, 14 fevral, AZƏRTAC

Xəbər verdiyimiz kimi, Bakıda 19 yaşadək futzalçılardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı keçirilir. Millimiz hazırlıq çərçivəsində fevralın 19-da və 21-də Bakı İdman Sarayında Türkiyənin müvafiq yaş qrupundan ibarət komandası ilə yoldaşlıq oyunları keçirəcək.

AZƏRTAC xəbər verir ki, Türkiyə yığmasının yoldaşlıq oyunları üçün heyəti açıqlanıb. Belə ki, baş məşqçi Murat Kaya Bakıya 14 futzalçı gətirəcək.

Türkiyə yığmasının heyətində Ertuğrul Yıldız (“Gənclərbirliyi”), Recep Taş (“Arnavutköy”), Erkan Çinar (“Beşiktaş”), Mustafa Acar (“Antalyaspor”), Muhammed Yusuf Aygün (“Beşiktaş”), Mustafa Yorulmaz (“Gənclərbirliyi”) Doğu Demirkol (“Göztepe”), Batuhan Diraga (“Kasımpaşa”) Sefa Çollak (“Medipol Başakşehir”), Arda Köksel (“Erzurumspor”), Emir Şenocak (“Bursaspor”), Bünyamin Balcı (“Antalyaspor”), Muhammed Furkan Özhan (“Erzurumspor”) və Berat Altındiş (“Bursaspor”) yer alıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.