MƏDƏNİYYƏT


Türkiyədə 1100 illik tarixi olan dini kitab tapılıb

İstanbul, 13 aprel, AZƏRTAC

Türkiyənin Diyarbakır bölgəsinin Ergani rayonunda 1100 illik tarixi olan ivrit dilində dini kitab tapılıb.

AZƏRTAC xəbər verir ki, qızıl hərflərlə yazılmış kitab 21 səhifədən ibarətdir.

Kitabı ələ keçirmək istəyən altı şübhəli şəxs aparılan operativ əməliyyatı zamanı saxlanılıb. Tarixi əsər mühafizə altına alınmaq məqsədilə aidiyyəti qurumlara təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

 

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.