DÜNYA


Türkiyədə 24 şagird qazdan zəhərlənib

Ankara, 3 noyabr, AZƏRTAC 

Türkiyənin Siirt vilayətinin Kurtalan rayonunda yerləşən İmam Hatip qızlar yataqxanasında kütləvi zəhərlənmə baş verib.

AZƏRTAC xəbər verir ki, 3 şagirdin səhhətinin ciddi pisləşməsi yataqxanada müayinənin aparılmasına səbəb olub. Qızlar zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Bunun ardınca daha 21 şagirdin vəziyyəti pisləşib. Yataqxanada aparılan araşdırma zamanı bəlli olub ki, zəhərlənməyə səbəb qaz sızmasıdır.

 

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.