QAN YADDAŞI


Türkiyədə 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar keçirilən məqalə müsabiqəsinin qalibləri mükafatlandırılıb

Ankara, 2 may, AZƏRTAC

Azərbaycanın Ankaradakı səfirliyi və Türkiyənin Avrasiya Araşdırmalar Mərkəzinin (AVİM) 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar birgə keçirdikləri elmi məqalə müsabiqəsinin qalibləri mükafatlandırılıb.

AZƏRTAC xəbər verir ki, AVİM-də keçirilən mükafatlandırma mərasimində Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, Avrasiya Araşdırmalar Mərkəzinin rəhbəri Alev Kılıç, professor Aygün Əttar, Ankaranın elmi ictimaiyyətinin nüfuzlu nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, müsabiqənin məqsədi ümummilli lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixli “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanından irəli gələn məsələlər barədə beynəlxalq elmi ictimaiyyətə daha geniş məlumat verməkdən ibarətdir.

 

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.