DÜNYA


Türkiyədə 4.3 bal gücündə zəlzələ olub

Ankara, 10 iyul, AZƏRTAC

İyulun 10-da Türkiyə vaxtı ilə saat 17:43-də (Bakı vaxtı ilə saat 18:43) İzmir vilayətinin Karaburun rayonunda Rixter cədvəli üzrə 4.3 bal gücündə zəlzələ baş verib.

AZƏRTAC xəbər verir ki, məlumatı Türkiyə Daxili İşlər Nazirliyinin nəzdindəki Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) yayıb. Bildirilir ki, yeraltı təkanın episentri 7.06 kilometr dərinlikdə qeydə alınıb.

Ətraf vilayətlərdə də hiss edilən zəlzələnin nəticəsi barədə hələ ki, informasiya yoxdur.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.