DÜNYA


Türkiyədə 65 il evli olan cütlük eyni gündə vəfat edib

İstanbul, 11 sentyabr, AZƏRTAC 

Türkiyənin Amasya şəhərində 65 il evli olan cütlük eyni gündə vəfat edib.

AZƏRTAC xəbər verir ki, Ahmet və Həbibə Kartal cütlüyü 65 il davam edən evlilikdən sonra eyni gündə dünyasını dəyişib. Belə ki, dünən səhər saatlarında qəflətən halı pisləşən 89 yaşlı Hacı Ahmet Kartal çatdırıldığı xəstəxanada vəfat edib. Həyat yoldaşının ölüm xəbərini alan 80 yaşlı Həbibə Kartalın da halı axşam saatlarına yaxın pisləşib. O da aparıldığı xəstəxanada dünyasını dəyişib.

Cütlüyün 65 il davam edən evlilikdən dördü oğlan, üçü qız olmaqla yeddi övladları var.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.