DÜNYA


Türkiyədə 6,8 bal gücündə zəlzələ baş verib

İstanbul, 24 yanvar, AZƏRTAC

Türkiyənin Elazığ şəhərinin Sivrice rayonunda Rixter cədvəli ilə 6,8 bal gücündə zəlzələ baş verib.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi məlumat yayıb.

Yeraltı təkan yerli vaxtla saat 20.55-də qeydə alınıb. Təkanların ocağı yerin 6.75 kilometr dərinliyindədir. Təkan ətraf bölgələrdə də hiss olunub.

Dağıntı və tələfat barədə hələlik məlumat yoxdur.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.