MƏDƏNİYYƏT


Türkiyədə 7500 il əvvələ aid olduğu ehtimal edilən yaşayış yeri aşkarlanıb

Bakı, 8 sentyabr, Samir Behbudov, AZƏRTAC

Türkiyənin Kahramanmaraş vilayətinin Türkoğlu rayonundaki “Domuztepe Höyüğü” qazıntıları zamanı 7500 il əvvələ aid olduğu ehtimal edilən yaşayış yeri aşkarlanıb.

AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, arxeoloq Halil Tekinin başçılığı altında davam edən qazıntılar zamanı Şumerlərdən əvvəlki dövrə aid olduğu müəyyən edilən tarixi binalar da aşkarlanıb. Qazıntilar zamanı 22 hektar ərazini əhatə edən bu yaşayış yerindən qədim saxsı qablar, vulkanik şüşə alətləri, cilalanmış şüşə alətləri, cilalanmış daşlar tapılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.