DÜNYA


Türkiyədə Atatürk və silahdaşlarının Samsuna gəlməsinin 100 illiyi münasibətilə velosiped turu keçirilir

İstanbul, 15 may, АZƏRTAC

Türkiyənin Axtarış Xilasetmə Dərnəyi AKUT-un könüllüləri Atatürk və silahdaşlarının Samsun şəhərinə gəlməsinin 100-cü ildönümü münasibətilə Əskişəhərdən Samsuna qədər 650 kilometrlik məsafəni velosipedlə qət edəcəklər.

AZƏRTAC xəbər verir ki, Əskişəhərin Sazova Elm və Mədəniyyət Parkından yola çıxan könüllülərin gündə təxminən 180 kilometr məsafə getməklə mayın 19-da Samsuna çatmaları planlaşdırılır.

Bu məqsədlə Samsun şəhərində keçiriləcək tədbirlərdə AKUT-un 350 əməkdaşının iştirak edəcəyi bildirilir.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.