MƏDƏNİYYƏT


Türkiyədə Azərbaycan milli rəqs və musiqilərindən ibarət konsert keçirilib VİDEO

Tekirdağ, 5 oktyabr, AZƏRTAC

Türkiyənin Tekirdağ vilayətində “Bir millət, iki dövlət!” şüarı altında Azərbaycanın milli rəqs və musiqilərindən ibarət konsert keçirilib.

AZƏRTAC xəbər verir ki, “Şuşa ili” çərçivəsində baş tutan tədbirdə Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı ilə Cəngi Rəqs Ansamblının ifasında “Vətən suitası”, “İgidlər”, “Naz eləmə”, “Uzundərə”, “Yallı”, “Sarı gəlin”, “Bayram” kimi milli rəqslərimiz nümayiş etdirilib, Azərbaycan musiqi nümunələri səsləndirilib.

Tədbirdə çıxış edənlər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlıq və şanlı Zəfərimiz haqqında danışıblar.

Bildirilib ki, “Şuşa İli” ilə bağlı Azərbaycanla yanaşı, qardaş Türkiyədə də silsilə tədbirlər keçirilib.

Çıxış edənlər əsrlər boyu davam edən Azərbaycan-Türkiyə qardaşlığının hər gün daha da dərinləşdiyini vurğulayıblar.

Konsert proqramı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Tekirdağ Valiliyinin təşkilatçılığı, Xəzər Folklor Təhsil və Araşdırma Mərkəzinin (“Hazarfem” dərnəyi) dəstəyi ilə baş tutub.

Mərasimdə Azərbaycanın İstanbuldakı Baş konsulu Nərminə Mustafayeva, Tekirdağ valisi Aziz Yıldırım, “Hazarfem” dərnəyinin sədri Nuran Acar, Türkiyənin bir sıra dövlət qurumları, o cümlədən Mədəniyyət və Turizm Nazirliyinin, valiliyin nümayəndələri, konsulluğun əməkdaşları və digərləri iştirak ediblər.

Konsert proqramı tamaşaçılar tərəfindən böyük coşqu və rəğbətlə qarşılanıb.

 
Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

Tekirdağ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.