MƏDƏNİYYƏT
Türkiyədə “Bir millət, iki dövlət” şüarı ilə bayram konserti təşkil edilib
Ankara, 9 mart, AZƏRTAC
Türkiyədə fəaliyyət göstərən azərbaycanlı professor İlqar İmamverdiyev tələbələrdən ibarət musiqi qrupu ilə Türkiyənin Kozan şəhərində 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə geniş konsert proqramı ilə çıxış edib.
AZƏRTAC xəbər verir ki, “Bir millət, iki dövlət” şüarı ilə keçirilən konsert Türkiyənin Qaziantəp Universitetinin Türk Musiqisi Dövlət Konservatoriyası və Kozan Özəl Kolleci ilə birlikdə təşkil olunub.
Qrupun ifasında anaya, Vətənə həsr edilən mahnılar hərarətli alqışlarla qarşılanıb.
Professor İlqar İmamverdiyev qrupun Azərbaycan-Türkiyə qardaşlığına həsr olunan konsertlərinin ənənə halını aldığını bildirib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara