DÜNYA


Türkiyədə COVID-19-a gündəlik yoluxma sayı rekord həddə çatıb

İstanbul, 28 yanvar, AZƏRTAC

Türkiyədə pandemiyanın başlanmasından indiyədək COVID-19-a sutkalıq yoluxma sayı rekord həddə çatıb.

AZƏRTAC xəbər verir ki, qardaş ölkədə son sutka ərzində 93 min 586 nəfər koronavirusa yoluxub. Gün ərzində 438 min 252 test aparılıb. Sutka ərzində Türkiyədə bu xəstəlikdən ölənlərin sayı isə 210 nəfər olub.

Bununla bağlı açıqlama verən Türkiyənin səhiyyə naziri Fahrettin Koca virusun əvvəlki kimi güclü olmadığını deyib. Nazir bildirib ki, qabaqlayıcı tədbirlərə əməl etməklə, yaşlıları və xroniki xəstəlikləri olanları qoruyaraq gündəlik həyata davam etmək olar. Burada əsas məsələ peyvəndlənmənin tam gücü ilə davam etdirilməsidir.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.