CƏMİYYƏT


Türkiyədə COVID-19-a yoluxanların 49 faizinin yaşı 25-dən 49-dək olanlar təşkil edib

İstanbul, 2 iyul, AZƏRTAC

Türkiyədə mart-iyun ayları ərzində 3 milyon 297 min 509 nəfər COVID-19 testindən keçirilib. Onlardan 198 min 284-də xəstəlik aşkarlanıb, 5 min 97 nəfər vəfat edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi tərəfindən ölkədə ilk yoluxma faktının qeydə alındığı martın 11-dən iyunun 28-dək olan dövr ərzində COVID-19-la bağlı vəziyyət barədə məlumatda bildirilir.

Qeyd edilir ki, ölkə üzrə ən çox yoluxma halları 108 min 749 nəfərlə İstanbulda qeydə alınıb. Yoluxanların 48 faizini qadınlar, 52 faizini isə kişilər təşkil edir. Ümumi xəstələrin 49 faizi 25-49 yaş arası, 7,3 faizi 15 yaşdan aşağı, 2,6 faizini isə yaşı 80-dən yuxarı olanlardır. Bu şəxslər arasında yaşı 80-dən yuxarı olanlarda xəstəliyin ən ağır forması müşahidə edilib. Bütün ölümlərin 70 faizini isə yaşı 65-dən yuxarı olanlar təşkil edib.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.