DÜNYA


Türkiyədə COVID-19-la bağlı yeni qaydalar qüvvəyə minib

İstanbul, 6 sentyabr, AZƏRTAC

Türkiyədə ötən ilin mart ayından etibarən COVID-19 pandemiyası səbəbindən fəaliyyəti müvəqqəti dayandırılan təhsil müəssisələri bu gündən etibarən fəaliyyətə başlayıb. Lakin, bununla yanaşı qardaş ölkədə COVID-19-la bağlı yeni qaydalar da qüvvəyə minib.

AZƏRTAC xəbər verir ki, qardaş ölkədə artıq bir neçə aydır əhalinin vaksinasiyası prosesi gücləndirilmiş şəkildə aparılır. Peyvənd vurdurmaq istəyən hər bir kəs növbə götürərək vaksin oluna bilər. Yeni qaydalara əsasən, sentyabrın 6-dan etibarən ölkədə peyvənd olunmayan və ya xəstəliyi keçirməyən şəxslərdən məktəb, kinoteatr, konsert və teatr salonları, eləcə də şəhərlərarası ictimai nəqliyyatdan istifadə edərkən neqativ nəticəli PCR (COVID-19) testi tələb olunacaq. 18 yaş və daha yuxarı yaşda olan şəxslərdən tələb olunan test nəticələri 48 saat etibarlı hesab ediləcək. Yeni qaydalara əsasən, peyvənd olunmaq istəməyən işçilərin həftədə bir dəfə PCR testindən keçmələri istəniləcək. Bunlara məktəblərin təlim heyəti, yeməkxana işçiləri, sürücülər və bələdçilər də daxildir.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.