DÜNYA


Türkiyədə COVID-19 peyvəndi üçün vətəndaşların könüllü müraciətlərinin qəbuluna başlanılıb

İstanbul, 20 noyabr, AZƏRTAC

Noyabrın 20-dən etibarən Türkiyədə COVID-19 peyvəndi üçün vətəndaşların könüllü müraciətlərinin qəbuluna başlanılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Qeyd edilib ki, sentyabrın 15-də Türkiyədə üçüncü faza işlərinə başlanılan Çin istehsalı bu peyvənd ilk olaraq könüllü səhiyyə işçilərinə tətbiq edilib. Hazırda 18-59 yaşarası və daha əvvəl COVID-19-a yoluxan vətəndaşların müraciətləri qəbul edilir.

COVID-19 peyvəndinin tətbiqi Türkiyənin 12 vilayətinin 25 mərkəzində aparılır. Peyvənd bu günə qədər 726 könüllü səhiyyə işçisinə vurulub və müsbət nəticə əldə olunub. Bundan sonra peyvəndin ümumilikdə 12 min 450 könüllüyə vurulması planlaşdırılır.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.