DÜNYA


Türkiyədə COVID-19 peyvəndinin sınaqdan keçirilməsi üçün ikinci mərkəz yaradılıb

İstanbul, 25 sentyabr, AZƏRTAC

Türkiyədə COVID-19-a qarşı peyvəndin sınaqdan keçirilməsi üçün ikinci mərkəz ölkənin Kocaeli Universitetinin Tibb Fakültəsi Xəstəxanasında yaradılıb.

AZƏRTAC xəbər verir ki, burada ilkin mərhələdə yüksək yoluxma riski altında olan 10 könüllü səhiyyə işçisi peyvənd edilib. Mərkəzdə hər gün on nəfər olmaqla, ümumilikdə 550 nəfərə peyvəndin vurulması nəzərdə tutulur.

Bu istiqamətdə ilk mərkəz ölkənin Hacettepe Universitetində fəaliyyətə başlayıb. Mərkəzdə ilk peyvəndlər ötən həftə yüksək yoluxma riski altında olan 20 könüllü səhiyyə işçisinə tətbiq olunub. Onlarda indiyədək heç bir mənfi təsir aşkarlanmayıb.

Peyvənd tətbiq edilən şəxslərin bir il nəzarətdə saxlanması planlaşdırılır.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.