CƏMİYYƏT


Türkiyədə COVID-19-un müalicəsində böyük əhəmiyyət kəsb edəcək oksigen terapiyası cihazı hazırlanıb

İstanbul, 4 may, AZƏRTAC

Türkiyənin “Arçelik” və tibbi cihaz istehsal edən “Biosys” şirkətləri birgə əməkdaşlıq çərçivəsində COVID-19 xəstələrinin müalicəsində böyük əhəmiyyət kəsb edəcək yüksək axınlı oksigen terapiyası cihazı hazırlayıblar.

AZƏRTAC xəbər verir ki, reanimasiya şöbələrində müstəqil olaraq işləyə və daşına bilən “BIO2Flow” cihazının koronavirus xəstəliyinin müalicəsində səhiyyə işçilərinə böyük dəstək verəcəyi gözlənilir.

Qeyd edək ki, pandemiya ilə əlaqədar olaraq Türkiyənin Sənaye və Texnologiya, eləcə də Səhiyyə nazirliklərinin rəhbərliyi altında ölkənin “Arçelik”, “BAYKAR” və “ASELSAN” şirkətləri mexaniki ventilyator, süni nəfəs aləti kimi müxtəlif tibbi cihazların hazırlanması istiqamətində güclərini birləşdiriblər. Hazırda məhdud sayda istehsal edilən bu cihazın gələcəkdə dünya bazarına çıxarılması nəzərdə tutulur.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.