CƏMİYYƏT


Türkiyədə Cümhuriyyətimizin yubileyi şərəfinə “İyirmi lirə” xatirə gümüş pul sikkəsi buraxılıb

İstanbul, 18 may, AZƏRTAC

Azərbaycanın İstanbuldakı baş konsulluğunun təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan “İyirmi lirə” xatirə gümüş pul sikkəsi buraxılıb.

AZƏRTAC xəbər verir ki, gümüş pul sikkəsindən cəmi 2000 ədəd basılıb. Bu barədə razılıq baş konsul Məsim Hacıyevlə Türkiyənin Dövlət Dəftərxana və Damğa mətbəəsinin müdiri Sadettin Parmaksız arasında 2017-ci ildə keçirilmiş görüşdə əldə olunub.

Xatirə pulunun “Azərbaycan Xalq Cümhuriyyətinin yüz ili” yazılmış üzündə dövlət gerbimiz, üstündə üçrəngli bayrağımızın forması olan xəritəmiz, Qız qalası və neft buruqlarının əksi həkk olunub.

Qeyd edək ki, xatirə pulunun eskizi professor Rafiq Əzizov tərəfindən hazırlanıb.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.