DÜNYA


Türkiyədə “Evdə qal!” rejimini pozanlara qarşı cərimələr tətbiq olunub

Ankara, 18 yanvar, AZƏRTAC

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirləri çərçivəsində tətbiq olunan məhdudiyyətlərə uyğun olaraq növbəti 56 saatlıq “Evdə qal!” rejimi başa çatıb.

AZƏRTAC xəbər verir ki, yanvarın 15-də Ankara vaxtı ilə saat 21.00-da qüvvəyə minən rejim yanvarın 18-də saat 05.00-da bitib.

Daxili İşlər Nazirliyinin məlumatına görə 56 saatlıq məhdudiyyət müddətində rejim qaydalarını pozduqlarına görə 24 min 755 nəfərə cərimə yazılıb.

Qeyd edək ki, hazırda Türkiyədə “Evdə qal!” rejimini iki mərhələdə aparılır. Həftənin ilk beş günü saat 21-dən başlanan reyim ertəsi gün 05.00-da başa çatır. Cümə günləri eyni saatda tətbiq olunan məhdudiyyət isə 56 saat qüvvədə olur. Bu gün saat 21.00-da növbəti 8 saatlıq “Evdə qal!” rejimi tətbiq olunacaq.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.