DÜNYA


Türkiyədə FETÖ-nün üzvü olmaqda şübhəli bilinən 46 keçmiş polis əməkdaşı həbs edilib

Ankara, 13 may, AZƏRTAC

Ankara Baş prokurorluğu FETÖ terror təşkilatının keçmiş polis əməkdaşlarından ibarət fəal qrupa qarşı daha bir sanksiya qəbul edib.

AZƏRTAC rəsmi mənbələrə istinadla xəbər verir ki, sanksiyaya əsasən 64 FETÖ üzvünün həbs olunması üçün Ankara, Antalya, Çorum, Mersin, Kayseri, Kırıkkale, Yozgat və Kahramanmaraş şəhərlərində eyni vaxtda antiterror əməliyyatı keçirilib. Terror təşkilatının üzvü olmaqda şübhəli bilinən 46 keçmiş polis əməkdaşı həbs olunub.

 

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.