DÜNYA


Türkiyədə FETÖ terror təşkilatı ilə əməkdaşlıqda şübhəli bilinən 32 hərbçi saxlanılıb

İstanbul, 13 oktyabr, AZƏRTAC

Türkiyə Silahlı Qüvvələrinin FETÖ terror təşkilatı ilə əməkdaşlıqda şübhəli bilinən hərbi qulluqçularının saxlanılması istiqamətində genişmiqyaslı əməliyyat keçirilib.

AZƏRTAC xəbər verir ki, İstanbul Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən ölkənin 15 vilayətində paralel keçirilən əməliyyatlar zamanı Türkiyə Silahlı Qüvvələrinin terror təşkilatları ilə əlaqə saxlamaqda şübhəli bilinən 32 üzvü saxlanılıb.

Digər şübhəlilərin saxlanılması istiqamətində əməliyyatlar davam etdirilir.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.