DÜNYA


Türkiyədə FETÖ terror təşkilatı üzvlərinin saxlanılması istiqamətində əməliyyat keçirilib

İstanbul, 5 avqust, AZƏRTAC

Türkiyənin 14 vilayətində FETÖ terror təşkilatının üzvlərinin saxlanılması istiqamətində genişmiqyaslı əməliyyat keçirilib.

AZƏRTAC xəbər verir ki, əməliyyat zamanı terror təşkilatı ilə əməkdaşlıqda şübhəli bilinən 27 nəfər saxlanılıb. Saxlanılanlar arasında Türkiyə Silahlı Qüvvələrinin hazırda fəaliyyətdə olan və hərbi xidmətdən uzaqlaşdırılan zabitləri də var.

Əməliyyatlar Türkiyənin Adana, İstanbul, Ankara, Antalya, Mersin, Hakkari, Diyarbəkir, Şanlıurfa, Sivas, Kocaeli, Bursa, Kayseri, Konya ve İzmir vilayətlərində reallaşdırılıb.

Bu istiqamətdə əməliyyatlar davam etdirilir.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.