DÜNYA


Türkiyədə FETÖ terror təşkilatına qarşı genişmiqyaslı əməliyyat keçirilib

Bakı, 7 iyul, AZƏRTAC

Türkiyə hüquq mühafizə orqanları mərkəz Kahramanmaraş olmaqla 14 rayonda FETÖ terror təşkilatına qarşı genişmiqyaslı əməliyyat keçirib.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, Kahramanmaraş prokurorluğunun, Daxili İşlər, Terrorçuluğa və Mütəşəkkil Cinayətkarlığa qarşı mübarizə idarələrinin birgə keçirdiyi əməliyyat nəticəsində FETÖ terror təşkilatının Türkiyə Ordusundakı gizli bağlantıları aşkar edilib. Kahramanmaraşda xidmətdə olan xeyli sayda zabit, gizir və çavuş saxlanılıb. Bundan başqa, FETÖ ilə ordudakı adamları arasında əlaqə yaradan “təşkilatın imamları” həbs olunub. Qeyd edək ki, “təşkilatın imamları” orduda mühüm vəzifələrdə çalışırlarmış. Saxlanılan şəxslərlə bağlı araşdırma Ağır Cinayətlərə dair Məhkəmədə aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.