DÜNYA


Türkiyədə FETÖ terror təşkilatına qarşı növbəti əməliyyat keçirilir

İstanbul, 13 aprel, AZƏRTAC

Türkiyə Silahlı Qüvvələrinin FETÖ terror təşkilatı ilə əməkdaşlıqda şübhəli bilinən hərbi qulluqçularının saxlanılması istiqamətində növbəti genişmiqyaslı əməliyyat keçirilir.

AZƏRTAC Anadolu Agentliyinə istinadən xəbər verir ki, ölkənin 49 vilayətində paralel keçirilən əməliyyatlarda Türkiyə Silahlı Qüvvələrinin terror təşkilatları ilə əlaqə saxlamaqda şübhəli bilinən 89 üzvünün saxlanılmasına qərar verilib. Onların arasında Türkiyənin Quru Qoşunları Komandanlığının, Hərbi Hava Qüvvələrinin, Hərbi Dəniz Qüvvələrinin, polis və jandarma qüvvələrinin əməkdaşları da var. Şübhəlilərdən 42-sinin hazırda fəaliyyətdə olduğu bildirilir.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.