DÜNYA


Türkiyədə FETÖ terror təşkilatına qarşı növbəti genişmiqyaslı əməliyyat keçirilir

İstanbul, 30 aprel, AZƏRTAC

Türkiyə Silahlı Qüvvələrinin FETÖ terror təşkilatı ilə əməkdaşlıqda şübhəli bilinən hərbi qulluqçularının saxlanılması istiqamətində növbəti genişmiqyaslı əməliyyat başlayıb.

AZƏRTAC xəbər verir ki, İstanbul Baş Prokurorluğu tərəfindən ölkənin 48 vilayətində paralel keçirilən əməliyyatlar zamanı Türkiyə Silahlı Qüvvələrinin terror təşkilatları ilə əlaqədə olmaqda şübhəli bilinən 166 üzvünün saxlanılmasına qərar verilib. Ələ keçirilən 139 hərbçidən dördü baş leytenant olmaqla, 18 nəfər həbs edilib. Hazırda daha 27 nəfərin axtarışları davam edir.

Eyni istiqamətdə İzmir vilayətində keçirilən əməliyyatlarda saxlanılan 221 hərbçidən də 127-si həbs olunub.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.